Sumqayıtda qadın sevgilisinin dostları ilə içki məclisinə getdi, geri qayıdanda isə...

KRİMİNAL 10 iyl 2024, 22:13
Sumqayıt şəhərində 1990-cı il Namiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Ramiləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2024-cü ilin fevral ayının əvvəllərində dostu Sənanla danışdığı zaman evlənmək üçün ciddi bir qızla tanış olmaq fikrində olduğunu deyib: “Həmin vaxt Sənanın mənə təklif edərək Balakən rayonunun kəndində yaşayan Ramilə adında belə bir qızın olduğunu bildirdi. Sonra tanımaq üçün Ramilənin telelefon nömrəsini alaraq bir neçə gün söhbət etdikdən sonra fikrimin ciddi olduğunu ona dedim, qızın anası ilə telefonda danışdım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qızın istəyi ilə Balakən rayonuna gedib və orada görüşdükdən sonra birlikdə Bakı şəhərinə gəliblər: “Qalmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyində yaşayan bibim qızı Leylanın qaldığı evə gəldik. Müvəqqəti orada birlikdə yaşadıq. Bir müddət sonra aramızda mübahisə olduğundan həmin evdən çıxaraq təxminən 15 gün Bakı şəhəri, Sabunçu rayonunda kirayə ev tutdum. Sonuncu dəfə isə dostum Sərxana məxsus evdə Ramilə ilə birlikdə yaşamağa başladıq”.
Namiq deyib ki, Bakı şəhərində işdə olduğu zaman Ramilə ona zəng edib, Sərxan və həyat yoldaşının onları evinə qonaq çağırdıqları üçün onlarla bərabər getmək istədiyini deyib: “Bu zaman Ramiləyə getməyinə icazə vermədim. Həmin gün, təxminən saat 21 radələrində işdən evə gəldiyim zaman Ramilənin yatdığını gördüm. Ramiləyə yaxınlaşdıqda ondan spirtli içki iyisi gəldiyini hiss etdim. Ramiləni yuxudan durğuzaraq harada içdiyini və Sərxangilnən gedib getmədiyini soruşdum. Bu zaman ilk öncə heç bir yana getmədiyini desə də, üstünə əsəbləşərək təkrarən birdə soruşduğum zaman düzünü dedi. Sərxangilnən gedərək orada içki qəbul etdiyini bildirdi. Ramilənin mənə qulaq asmamasından əsəbiləşdim. Şillə ilə sifətinə iki dəfə vuraraq onu döydüm. Daha sonra yatdım”. 

İş üzrə zərərçəkmiş Ramilənin sözlərinə görə, 2024-cü ilin fevral ayının əvvəllərində tanıdığı Sənan adlı şəxs ona zəng edib və Bakı şəhərində yaşayan əslən Balakən rayonundan olan Namiq adlı bir nəfərin subay olduğunu, evlənmək üçün ciddi bir qız axtardığını, əgər razıdırsa onunla tanış edəcəyini bildirib: “Sənana razılıq verdikdən sonra Namiq zəng edərək mənimlə bir neçə gün telefonla danışdıqdan sonra xasiyyətlərimizin uyğun olduğunu gördüm. Bu barədə anama məlumat verdim. Anamdan razılıq aldıqdan sonra Namiqi rayona çağırdım və birlikdə Bakı şəhərinə qayıtdıq. Namiq ilə Bakı şəhərində ilk öncə onun bibisi qızı ilə birlikdə yaşadıq. Sonradan aramızda mübahisə olduğundan həmin evdən çıxaraq təxminən 15 gün Sabunçu rayonunda kirayədə, daha sonra isə Namiqin dostu Sərxana məxsus evdə birlikdə yaşadıq”.

Ramilə deyib ki, Namiq Bakı şəhərində işdə olduğu zaman dostu Sərxan və həyat yoldaşı ailəvi dostlarının evinə qonaq getdikləri üçün onuda dəvət etdiyi zaman zəng edərək icazə alıb: “Lakin Namiq mənə icazə vermədi. Buna baxmayaraq Namiqə qulaq asmayaraq Sərxangilnən Sumqayıt şəhərindədə qalan dostugilə qonaq getdim. Orada yemək yeyən zaman az miqdarda spirtli içki olan araq qəbul etdim. Saat 20 radələrində evə gəldim və başım ağrdığı üçün yatdım. Təxminən 1 saat sonra Namiqin məni yuxudan durquzaraq hara getdiyimi, kiminlə spirtli içki qəbul etdiyimi soruşdu. Bu zaman ilk növbədə yalan danışaraq heç bir yana getmədiyimi bildirdim. Lakin Namiqin əsəbləşdiyini gördüm və düzünü dedim. Bu vaxt Namiq əsəbləşərək şillə ilə sifətimə iki dəfə vurdu. Aramızda münaqişə yarandı. Daha sonra gedərək yatdıq”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Namiqin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuluyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top