“Neftçala doğum günümdə hədiyyə olaraq məni onların deputatı olmaqla mükafatlandıracaq” — Kamran Əsədov

GÜNDƏM 10 iyul 2024, 18:46
Xəbər verdiyimiz kimi, sentyabrın 1-i Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar artıq siyasi partiyalar, müstəqil namizədlər hazırlıq işlərinə başlayıblar. Öz namizədliyini irəli sürənlərdən biri tanınmış təhsil eksperti Kamran Əsədovdur. 

Demokrat.az-a açıqlamasında Kamran Əsədov bildirib ki, seçkilərə böyük ümidlərlə gəlmişəm. Ölkədəki demokratik islahatlar mənə böyük ümid verir ki, Neftçaladan qalib gəlim. 

Kamran Əsədov sentyabrın 1-nin həm də onun doğum günü olduğunu söyləyib:

“Bu il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən müstəqil namizəd olaraq öz namizədliyimi irəli sürmüşəm. Ümid edirəm sentyabr ayının 1-də nəticə yaxşı olacaq. Çünki sentyabrın 1-i elə mənim doğum tariximdir. İnanıram ki, Neftçala doğum günümdə hədiyyə olaraq məni onların deputatı olmaqla mükafatlandıracaq. İnanıram ki, bu seçkilərdə qalib gələcm. Çünki məhz seçki şüarımız da bundan ibarətdir. Əlbəttə, Neftçalada doğulmağım, burda yaşamağım, burda böyüməyim mənə həm də fərqli bir sahədə üstünlük qazandırır. İndi hal-hazırda imza toplama ilə məşğulam. Namizədliyimin rəsmi olaraq qeydə alınması üçün bir-bir seçicilərin evlərinə gedirəm. Təbii ki, hər hansı bir təbliğat aparmadan onlarla görüşlər keçirib, namizədliyimi təsdiq etmələri üçün onlardan imza alıram. Etiraf edək ki, çətin bir prosesdir. İsti müəyyən qədər çətinlik yaradır”.

Kamran Əsədovu sözlərinə görə, bu seçkilərin ən vacib mahiyyəti həm ölkədə, həm də Neftçalada həyata keçiriləcək islahatlara, görülən işlərə özümün bilik və bacarıqlarına uyğun olaraq daha yaxından dəstək verməkdir:

“Əlbəttə, son 4 il ərzində Neftçalada çoxlu işlər görülüb. Mən bu seçkilərdə müstəqil namizəd olaraq iştirak edəcəm. Hesab edirəm ki, mənim namizədliyimi irəli sürməyə bir neçə faktor öz ciddi təsirini göstərib. Birincisi əlbəttəki, Neftçalada bağçalara ehtiyacın olduğunu düşünürəm. Hər bir kənddə mütləq şəkildə bir bağça olmalıdır. Xəstəxanalarla bağlı təkliflərimiz var, həmçinin, Neftçalada turizm potensialının inkişafı ilə bağlı layihələr hazırlayırıq. Hesab edirəm ki, uzun müddət təhsil sahəsində çalışmağım, ali təhsil almağım Azərbaycanda ali təhsil haqqında qanunun qəbul edilməsini zəruri edir. Bizdə digər təhsil qanunvericilik aktlarının, eyni zamanda tədsirin təşkili ilə bağlı məzmun və standartların yenilənməsinə ehtiyac var”.  

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top