Paytaxtın mərkəzində 3 maşın toqquşub —VİDEO

HADİSƏ 09 iyul 2024, 20:59
Paytaxtın Xaqani və Rəşid Behbudov küçələrinin kəsişməsində baş vermiş zəncirvari qəza anbaan kameraya düşüb.

Demokrat.az
Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında hərəkət edərək yolayrıcına daxil olub. Bu zaman o, öncə sol tərəfdən gələn mopedə, sonra "Mercedes" markalı maşına çırpılıb. Zərbənin təsirindən moped sürücüsü bir neçə metr kənara - səkiyə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Təəssüflə qeyd edək ki, bəzi sürücülər günün qaranlıq saatlarında yolun boş olmasını "fürsət" bilərək qayda pozurlar. Lakin bu halda belə təhlükə yaratdıqlarını, hətta ağır qəzalara səbəb ola biləcəklərini unudurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top