“Gürcüstanda seçkilərdə müxalifətin qalib gələcəyi ilə bağlı əsaslar var”

REGİON 09 iyul 2024, 19:57
Vaşinqton oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə görə Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib. Məlumatda qeyd edilib ki, Ağ Ev artıq hakim “Gürcü arzusu” partiyasını gözdən salmaq üçün kampaniya hazırlayıb: "Əsas rolu ABŞ mediasına müsahibə verən Gürcüstan Prezidenti Salome Zurabişvili oynayacq. O, hökuməti Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları deqradasiyaya uğratmaqda günahlandıracaq. O, həmçinin "Moskva ilə yaxınlaşmanın fəlakətli nəticələri" barədə xəbərdarlıq edəcək", - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətindən qeyd edilib.

Politoloq Elşad Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, Gürcüstanda “Xarici Agentlər haqqında” Qanunun qəbul edilməsindən sonra ABŞ rəsmiləri və Avropa İttifaqı rəhbərliyi Gürcüstanın Aİ üzvlüyünə yolunun bağlandığını bildirdilər:

“Gürcüstanın indiki hakimiyyəti dövlətin maraqlarını nəzərə alaraq bu qanunu qəbul etdi. Bundan sonra Gürcüstan Baş nazirinin ABŞ-ə səfəri təxirə salındı, Aİ rəhbərliyi Gürcüstanı bu məsələdə qınadı, ABŞ hakim partiyanın üzvlərinə sanksiyalar tətbiq etdi. 

Hazırda Gürcüstan hakimiyyəti seçkilərə ciddi hazırlaşır. Müxalifətin seçkilərdə qələbə qazanacağını düşünürəm. Çünki İvanişvilinin apardığı siyasət müsbət qarşılanmır, əhali arasında ciddi narazılıqlar var. Bu narazılıqlar sözügedən qanunun qəbulundan sonra daha da kəskinləşib. Hesab edirəm ki, seçki nəticəsində Gürcüstanda hakimiyyət dəyişikliyi olacaq. Buna baxmayaraq iqtidar da qələbə qazanmaq üçün manevrlər edir. Əfv sərəncamının imzalanacağı gözlənilir. Lakin görünən odur ki, ABŞ və Aİ Gürcüstanda Rusiya ilə kəskin rəqabət aparır. Gürcüstanı Qərbə yönəlmiş dövlət kimi görürlər. İndiki hakimiyyətin birdən-birə siyasi kursu dəyişməsi ciddi təşviş yaratdı. Zurabişvili qanunun qəbul edilməsinə veto qoysa da parlament onu qəbul etdi. Ölkədə parlament seçkilərindən sonra dəyikliklərin olacağı istisnasızdır, bununla bağlı artıq müəyyən əsaslar var. ABŞ də müxalifəti dəstəkləyir və ona maddiyyat ayırır. Məqsəd odur ki, Gürcüstan Qərb yönümlü siyasət aparsın və Rusiyanın ağuşundan çıxsın”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top