Çimərliklərdəki balıq cəsədləri təhlükə saçır? — AÇIQLAMA

GÜNDƏM 09 iyul 2024, 13:50
Xəbər verildiyi kimi Xəzərin sahilində balıqların kütləvi ölümü baş verib. Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərdə qeydə alınan videogörüntülər sosial şəbəkələrdə yayılıb.

 Ekologiya və Təbii Resurslar Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov mediaya açıqlamasında bildirib ki, balıqlar kürütökmə mövsümü ilə əlaqədar sahilyanı akvatoriyalara üz tuturlar. Dayaz akvatoriyalarda temperatur daha tez yüksəldiyindən və su isindiyindən balıqların kütləvi ölümünə səbəb olur.

Bəs,bu çimərliklər insan həyatı üçün nə kimi fəsadlar yarada bilər?

Mövzu ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov  Demokrat.az-a açıqlama verib.

“Kütləvi şəkildə balıqların ölümü əvvəlcə araşdırılmalıdır ki, nə səbəbə bu hal baş verib. Qaldı ki, insanların çimərliklərdən istifadəsi zamanı zəhərlənmə riskinə heç bir təhlükə yoxdur. Ancaq azyaşlı uşaqlar və yaşlı insanlarda su ağız boşluğuna dəyərsə, o zaman fəsad kimi yox, əlavə təsir kimi mədə-bağırsaq pozuntularına səbəb ola bilər. Ümumilikdə, insan həyatı üçün heç bir təhlükə yoxdur.”


Şahanə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top