AZTV rəhbərinin UEFA-ya qarşı çıxışı Türkiyədə GÜNDƏM OLDU

GÜNDƏM 09 iyl 2024, 00:21

AZTV-nin rəhbəri Rövşən Məmmədov Merih Dəmiralın "Bozqurd" göstərməsindən sonra UEFA tərəfindən cəzalandırılmasına cavab verib. 

Musavat.com xəbər verir ki, o UEFA-nın simvolunun xoruz, Türk simvolunun isə boz qurd olduğunu bildirib: "İndi biz nə edək? Bu, (xoruz) sizin rəmzinizdir, boz qurd isə bizim".

Rövşən Məmmədov qeyd edib ki, bizim sizin xoruzunuzla işimiz yoxdur, siz də bizim qurda barmaq uzatmayın. 

Rövşən Məmmədovun həmin çıxışı TRT Haber kanalının efirində yayımlayıb və Türkiyədə gündəmə çevrilib. 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top