“Amerikanın həqiqətən prezidentə ehtiyacı varmı?” sualına Maskın CAVABI

DÜNYA 08 iyul 2024, 21:12
ABŞ prezidenti Co Bayden rəqibi Donald Trampa qarşı zəif çıxış etdiyi gərgin debatdan sonra tənqidlərlə üzləşməyə davam edir.

Demokrat.az xəbər verir ki, 81 yaşlı prezidentin fəaliyyətini tənqid edənlər arasında Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Mask da yer alıb. 

Beləki, “The New York Times” qəzetinin “Amerikanın həqiqətən prezidentə ehtiyacı varmı?” başlıqlı məqaləsini şərh edən Mask, "Bu, həqiqətən yaxşı sualdır, çünki bizim uzun müddətdir bir prezidentimiz yoxdur" deyib. 

Bayden isə ictimaiyyətin ciddi tənqidlərindən və geri çəkilmə çağırışlarından sonra "Çox xəstə idim, özümü çox pis hiss edirdim" söyləyib. 

Gecəni pis keçirdiyini bildirən Bayden, "Tramp mikrofonu bağlı olsa belə qışqırırdı. Bu da diqqətimi yayındırdı. Tək problem bu deyildi, amma çox nəzarəti saxlaya bilmədim" deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top