"COP29 dövlətimiz üçün faydalı olacaq" — Birlik rəhbəri

SOSİAL 08 iyul 2024, 19:14
Ölkəmizdə vətəndaş cəmiyyəti müstəqillik əldə etdikdən sonra qurulmağa, formalaşmağa başladı.

Demokratikləşmə prosesinin sürətləndirilməsi üçün bu qurumların rolu nəzərə çarpacaq dərəcədə çoxdur. Bu institutlar cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub, özündə bu cəmiyyətin müəyyən təbəqələrində könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Həmin qurumlar dövlətə yardım məqsədilə müxtəlif məzmunlu layihələr həyata keçirməklə cəmiyyətə öz töhfələrini verirlər. Azərbaycan QHT da həm təcrübə mübadiləsi, həm də həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 

Demokrat.az xəbər verir ki, Reklam ve Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Xəyalə Mütəllimova hesab edir ki, bu baxımdan, cari ilin sonlarında keçiriləcək COP 29 dövlətimiz üçün faydalı olacaq.

Qeyd edək ki, bu beynəlxalq tədbir BMT - nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı hər il müxtəlif ölkələrdə keçirilir və buradakı 29 tədbirlərin sayına işarədir. "COP" - "Conference of the parties" yəni Tərəflərin Konfransı iqlim dəyişikliyi məsələlərinin müzakirəsi məqsədilə gerçəkləşdirilir. Bu konfrans İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Konvensiyaya 198 ölkə üzvdür.
Konfransın Azərbaycanda keçirilməsi ilə bağlı qərar ötən ilin dekabrında  COP 28-in Dubayda keçirilən plenar iclasında qəbul edilib. Noyabrında 11 - dən 22-dək Bakıda baş tutacaq bu mötəbər tədbirdə 2025-ci ildən sonrakı dövr üçün yeni kollektiv kəmiyyət hədəfinə müəyyən ediləcək maliyyə hədəfinin müzakirəsi nəzərdə tutulur.

X. Mütəllimovanın sözlərinə görə, bir çox QHT nümayəndəsi kimi ölkəmizdə bu formatda tədbirlərin keçirilməsinin tərəfdarıdır:

- Belə tədbirlərdə fəal iştirak etmək bizim üçün yeni əməkdaşlıqlara açardır. Dünya liderlərinin, dövlət rəsmilərinin, QHT və digər maraqlı tərəflərin qatılacağı bu konfransında hər sahədə ölkəmizə xeyir verəcəyini düşünürəm. İqlim dəyişikliyinin canlı aləmə təsiri narahatlıq doğuran məsələdir. Ona görə də COP 29 un ölkəmizdəki növbəti konfransı QHT tərəfindən də müsbət qiymətləndirilir. Bu məqsədlə ölkənin ictimai həyatında fəal rolu olan vətəndaş qurumları birgə bəyanata imza atıb, paytaxtda baş tutacaq konfransı dəstəkləyiblər.

- Birlik rəhbəri onu da vurğuladı ki, işğaldan azad olun Qarabağda erməni vandallarının törətdikləri ekoloji terrorun dünya ictimaiyyətinə daha geniş çatdırılmasında konfransın böyük rolu olacaq:

 - Ermənilər 30 ildə Qarabağın dünyaya səs salan, ecazkar təbiətinə qarşı vəhşiliklər nümayiş etdiriblər. Meşələrin qırılıb yandırılması, su ehtiyatlarını çirkləndirilməsi, flora və faunanın məhvi olduqca dəhşətli faktlardır. Bunlarla dünyanın tanış olmağı mütləqdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top