MİQ imtahanlarında ər-arvad yüksək bal topladı

SOSİAL 08 iyul 2024, 17:26
Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak edən ər-arvad yüksək bal toplayıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, bu gün Naxçıvanda keçirilən ingilis dili fənni üzrə MİQ imtahanının test mərhələsində namizəd Sura Rüstəmova 93,75 bal toplamaqla yüksək nəticə göstərib.

Onun həyat yoldaşı Ələkbər Ağayev isə bir neçə gün əvvəl MİQ imtahanında kimya fənnindən 95 bal toplamışdı. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top