Antalyada meşələr yandı

DÜNYA 07 iyul 2024, 18:14

Antalyada meşə yanğını başlayıb.
 

Demokrat.az  xəbər verir ki, Aksu rayonunda Murtuna məhəlləsi yaxınlarında çıxan yanğının səbəbi bilinmir. Küləyin təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.
 

Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir. İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib. Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top