Türkiyəli idman diktoru Orhan Ayhan 61 il 275 günlə ən uzun karyeraya sahib olan kişi idman diktoru kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Demokrat.az xəbər verir ki, Ayhan 8500-dən çox futbol və boks matçını işıqlandıraraq idman mediasına ciddi töhfə verib.
1957-ci ildə yazılı mediada idman müxbiri və yazarı kimi karyerasına başlayan Orhan Ayhan xüsusilə boks dünyasına diqqət yetirib və bu günə qədər yüzlərlə boks matçını işıqlandırıb.
Ayhan həmçinin TRT daxilində radioda dinləyicilərə bir çox futbol matçı yayımlayıb.
Karyerasında əfsanəvi boksçular Məhəmməd Əli və Mayk Taysonun bütün görüşlərini işıqlandıran Orxan Ayxan dünya şöhrətli futbolçu Pelenin yubileyində iştirak edən yeganə türkiyəli jurnalist olub.
Qeyd edək ki, Türkiyə Jurnalistlər Cəmiyyətinin idarə heyətinin üzvü və Türkiyə İdman Yazarları Dərnəyinin qurucu üzvü olan Orhan Ayhan, eyni zamanda, Türkiyə Boks Federasiyasının idarə heyətinin üzvü olub.
Əfsanə Rəcəb
Demokrat.az