Merih Demiralın cəzalandırılması xəbəri təkzib edildi — AÇIQLAMA

GÜNDƏM 05 iyul 2024, 00:08

Almaniyanın "Bild" qəzetinin Merih Dəmirala 2 oyunluq cəza verilməsi xəbərinin həqiqəti əks etdirmədiyi bildirilib.

Bu barədə Türkiyə Futbol Federasiyasından verilən açıqlamada deyilir.

"İddia doğru deyil. UEFA-nın Merih Dəmirala qarşı açdığı istintaq hələ yekunlaşmayıb və onun iki oyunluq cəza alması iddiası həqiqəti əks etdirmir.

Mövqeyimizi müdafiə etmək üçün sabah səhərə qədər vaxtımız var. yalnız bundan sonra qərar veriləcək", - qurumdan qeyd edilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top