Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər — MƏHKƏMƏ

KRİMİNAL 04 iyl 2024, 17:00
Azərbaycanda 10-dan çox şirkətə rəhbərlik edən Mehman Allahverdi oğlu Alməmmədov  külli miqdarda mənimsəmədə ittiham edilir. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mehman Alməmmədov və onunla birlikdə ittiham olunan İlahim Ərəstun oğlu Mehralıyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya isriaf etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin olunub. 

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Mehman İlahim Mehralıyev dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top