İranda prezident seçkisi: Qalib ikinci turda müəyyən ediləcək

GÜNDƏM 29 iyn 2024, 13:10

İranda bütün səsvermə bülletenlərinin sayılmasının nəticələrinə əsasən, prezident seçkisinin birinci turunda islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili öndədirlər.

Bu barədə İran Seçki Qərargahının nümayəndəsi Mohsen Eslami "IRIB" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, bütün 58,6 min seçki məntəqəsində 24,5 milyon səs hesablandıqdan sonra Pezeşkian 10,4 milyon, İranın mənəvi liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Cəlili isə 9,5 milyon səs toplayıb.

Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün Pezeşkian və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda görüşəcəklər.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top