Həsən bəy Zərdabinin doğum günüdür

MƏDƏNİYYƏT 28 iyn 2024, 17:33
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib.

İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıq fənnindən dərs deyib.

1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.

O, 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan "Əkinçi"nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkməyib -1877-ci il sentyabrın 29-da nəşri dayandırılıb.

1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.

Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.

1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub.

Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.

Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top