"Hansı məhsulların bahalaşacağını demək çətindir" — Nazirlik aydınlıq gətirməlidir

GÜNDƏM 28 iyn 2024, 13:50
Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov təbii fəlakətlərin qarşısını almaq və bundan zərər görən təsərrüfatlarla bağlı zəruri qərarların verilməsinin vacib olduğunu deyib. O qeyd edib ki, son günlər baş verən təbii fəlakətlər nəticəsində bölgələrə ciddi ziyan dəyib: “Xüsusən də Quba-Xaçmaz regionunda dövlət və xüsusi əmlak zərər görüb. Bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsilib. Bir çox təsərrüfatlar məhv olub. Fermerlər ciddi sınaqla üzləşib. Bu da sözsüz ki, kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola bilər. Bununla bağlı sığorta məsələsi həll olunmalıdır", - deyə V.Əhmədov əlavə edib.

Millət vəkili ilə həmfikir olan iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, daşqın, dolu və sel kənd təsərrüfatı sahəsində problemlər yaradır:



“Məhsul yığımı çətinləşir, məhsullar xarab olur, məhsuldarlıq aşağı düşür. Bazara da daha az məhsul çıxarılır, belə olan halda qiymət də birmənalı olaraq artır. Konkret hansı məhsulların bahalaşacağını demək çətindir. Buna Kənd Təsərrüfatı Nazirliyi aydınlıq gətirməlidir. Təbii fəlakətlər nəticəsində təsərrüfatı ziyan görən fermerlərə dəstək göstərilməsi vacibdir. Bu mənada millət vəkilinin dediklərinə mən də qatılıram”.

Törə Zeynallı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top