Bakıda 74 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

HADİSƏ 27 iyn 2024, 18:42
Bakının Xəzər rayonunda 1950-ci il təvəllüdlü Elman sevgi münasibətində olduğu Xuramana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Elmana məxsus evdə baş verib. Elman yaşadığı evdə olan zaman tanışı Xuraman ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində mübahisə yaranmış mübahisə zamanı onu plastik materialdan hazırlanmış şotkanın taxta materialdan olan dəstəyi ilə baş nahiyyəsinə bir dəfə vurub. 

Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli  bilib. O bildirib ki, zərərçəkmiş Xuraman onun tanışıdır: “Mən mütəmadi olaraq Xuramanın işlətdiyi kafeyə getmişəm. Hadisə günü Xuraman və onun qızı Ramilə evimə qonaq kimi gəldilər. Yemək yedikdən sonra bir qədər spirtli içki qəbul etdik. Sonradan Xuraman ilə aramızda sözlə mübahisə yarandı. Bu zaman plastik süpürgənin qulpu ilə Xuramanın başından vurdum”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 iyn 2024, 09:30
Top