İlhamə Quliyevanın oğlu ilə bağlı yeni xəbər: Hansı ölkəyə gedib? — VİDEO

ŞOU-BİZNES 27 iyn 2024, 15:35
Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovla bağlı yeni məlumat təqdim edib.

Demokrat.az xəbər verir ki, aparıcı "Səni axtarıram" verilişində itkin düşən Orxanın dostunun yazdığı mesajı səsləndirib:

"Onunla çoxdan dostluq edirəm və ətrafındakı çox adamı tanıyıram. Orxanın yanındakı adamın adı İlqardır. Güman ki, Orxan özü yoxa çıxıb. Onlar pul nəğdləşdirmə işi görürdülər. Orxan Türkiyəyə, oradan da Dubaya getməli idi. Çox ehtimal ki, böyük məbləğdə pulu nəğdləşdirdikdən sonra yoxa çıxıb.

Martda onun profilində qara kostyumda şəkli var idi, sildi. Ona mesaj yazdım, amma oxuyub cavab vermədi".

X.Hidayətqızı Orxanın Moskvada və İstanbulda axtarışı aparıldığını deyib. 

Qeyd edək ki, Orxanın doğma anası lalə verilişə gələrək Orxanın ötən ilin sentyabrından itkin düşdüyünü, oğlu ilə heç bir əlaqə qura bilmədiyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top