Bu ölkədə istilər ucbatından iş saatları dəyişdirildi

DÜNYA 24 iyn 2024, 11:12
Dünyada temperaturun artması İraqda həyatı iflic edib. 

Demokrat.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia Sudaninin verdiyi göstərişə əsasən, yerli vaxtla səhər saat 08:00-dan 14:00-a qədər iş vaxtı bu gündən iyunun 29-dək 07:30-dan 12:30-a endirilib.

İraq Səhiyyə Nazirliyindən verilən açıqlamada, ictimaiyyətə lazım olmadıqca saat 10:00-16:00 arasında çölə çıxmamaq tövsiyə olunub. 

Termometrlərin 50 dərəcə göstərdiyi Bağdadda açıq havada olanlara açıq rəngli paltar və papaq geyinmələri, həmçinin, əhalini sərinləmək üçün birbaşa günəş işığına məruz qalmamaq və çaylara girməmək barədə xəbərdarlıq edilib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top