“Elektrik şəbəkəsinə onlayn qoşulmanın əhatə dairəsi genişləndirilmişdir” — MÜSAHİBƏ

MÜSAHİBƏ 24 iyn 2024, 10:46
Demokrat.az “Azərişıq” ASC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayevin müsahibəsini təqdim edir:

- Elektrik enerjisi şəbəkəsinə qoşulma üzrə onlayn müraciətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərədiniz. 

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir.
Cari ildə “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”-nın qüvvəyə minməsi, eyni zamandan qanunvericilikdə aparılmış müfaviq dəyişikliklər nəticəsində tikinti obyektlərinin mövcud 0.4 kV-luq şəbəkədən enerji təchizatı şəbəkəsinə qoşulma gücü 150 kVt-dan 200 kVt-a artırılması nəticəsində onlayn müraciətlərin əhatə dairəsinin genişləndirilmişdir.Yəni ötən dövrlərdə ancaq 150 kVt enerji gücünə onlayn müraciət etmə imkanı olduğu halda hal-hazırda bu hədd yüksəldilmişdir.

- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qərarın tədbiqi ilə baş verən dəyişikliklər və onların təsirləri barədə məlumat verərdiniz. 

- 03 iyun 2024-cü il tarixindən qüvvəyə minən “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tətbiqi qoşulma prosedurunun şəffaflığını və səmərəliliyini artırmaq, həmçinin müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Qərarın tədbiqi ilə aşağı gərginlikli şəbəkələrdən qoşulma zamanı tikinti obyektlərinin təlabat gücü 150 kVt-dan artırılaraq 200 kVt-a çatdırılmışdır. Bu qərar sahibkarlıq subyektlərinə 0.4 kV-luq şəbəkədən daha yüksək güc alma imkanı yaratmaqla, biznes xərclərini və zamanlamanı daha dəqiq və şəfaf şəkildə təyin etmə imkanlarını genişləndirir.
Bundan başqa, indiyə qədər tətbiq edilən qaydalara görə texniki  şərtlərin verilməsi zamanı minimal təlabat gücü 5 kVt-dan başladığı halda yeni qaydalara görə tələbat gücü 1 kVt-dan başlaya bilər və nəticədə ödəniş məbləği azalmış olur.
Daha sonra yeni qaydaların tətbiqi ilə məişət və sahibkarlara məxsus tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasında eyni tariflər tətbiq edilmiş, sahibkarların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması zamanı obyektin təyinatına görə tətbiq edilən fərqli ödəniş məbləğləri də aradan qaldırılmışdır. Yeni ödəmə məbləğinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində birfazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri azalmış oldu.

- Yeni qərarın tədbiqinin əsas məqsədi nədir?

- Burada əsas məqsəd müştərilər və Azərişıq arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsidir. Şəfaf prosedurlar, aydın müddətlər, prosedurların hər bir mərhələsinə nəzarət etmək imkanı müştərilər üçün prosesi daha proqnozlaşdırıla bilən edir. Yeni qanunun tətbiqi xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm bir addımdır.   

- Yeni təşəbbüsün biznesin mühitinə təsiri ilə bağlı nə deyə bilərsiz? 

- Ölkədə əlverişli biznes mühiti üçün qanunvericiliyin və inzibatçılığın beynəlxalq standartlara uyğunlaşdırılmasında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının özünəməxsus rolu vardır. Belə ki, ötən dövlərdə “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”nun komissiya üzvləri tərəfindən aparılmış müzakirələr nəticəsində özəl sektorun imkanlarının genişləndirilməsi, onlar üçün əlverişli biznes mühitinin daha da inkişafı məqsədi ilə enerji təchizatı şəbəkəsinə qoşulmanın əhatə dairəsinin genişləndirilməsi qərara alınmışdır. Bu məqsədlə ötən il Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”tərəfindən belə bir təşəbbüs irəli sürülmüş və cari ildə müraciətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə müvafiq qərarlar qəbul olunmuşdur. 

- Elektron müraciətlərin sayında artım müşahidə olunurmu?

- “Azərişıq” ASC-nin də üzvü olduğu “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”tərəfindən dövrü Yol xəritələrinin və kommunikasiya strategiyalarının icrası  ölkədə Biznes mühiti üçün daha da münbit şərait yaratmaqdadır. Bütün bu kimi  tədbirlərin icrası sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə elektron qoşulmaların sayında öz müsbət təsirini göstərir. Cari ildə biznes mühitinin inkişafı üçün vacib indikator olan sahibkarlıq subyektlərinin ETŞ qoşulması xidmət üzrə vətəndaşların 52.5%-ı elektron olaraq müraciət etmişdir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top