Mənzərənin qarşısını kəsdiyi üçün ağacları zəhərləyən milyonçu cəzalandırıldı

DÜNYA 22 iyun 2024, 11:19
ABŞ-də mənzərənin qarşısını kəsdiyi üçün ağacları zəhərləyən milyonerin qurduğu tələ qəsəbənin ictimai çimərliyinə də təsir edib.

Demokrat.az xəbər verir ki, zəhər artıq sahilə sızıb. 

Beləki, ABŞ-nın Men ştatında milyonçu Amelia Bonda qarşı onun qonşusu, özü də milyonçu olan Lisa Qorman tərəfindən məhkəmə iddiası qaldırılıb. 

Bond 2021-ci ildə icazəsiz evinin ətrafındakı palıd ağaclarına pestisidlər vurmaqda ittiham olunub. Ölən ağaclar kəsildikdən və budandıqdan sonra Bondun mənzərəsi daha da böyüyüb. 

Bu yolla o, Penobskot körfəzini maneəsiz seyr edə bilib. Bond hətta Gormana ağaclar öldükdə onları çıxarmaq üçün xərcləri bölüşdürməyi təklif edib. 

Ancaq ağaclarda tapılan zəhərin izləri şəhərin ictimai çimərliyində də görünüb. 

Əksəriyyəti milyonçu olan 5 min insanın yaşadığı Kamden şəhəri bu xəbərdən sonra ayağa qalxıb. Bond və əri 5000 dollar cərimə olunub. 

İcazə almadığı qonşusu Qormana da 1,5 milyon dollar ödəyiblər. Bununla belə, ictimaiyyət cəzanı qeyri-kafi hesab edib. Bəziləri cinayət təqibini tələb ediblər. 

Çünki bu dərmanı təmizləmək çox çətindir. Parçalanmadığı üçün ağaca vurulduqdan sonra digər bitkiləri öldürməyə davam edir. 

Təsirə məruz qalan torpağın tamamilə təmizlənməsi və ya dəyişdirilməsi tələb olunur. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top