"Yaxın qohum evliliyinə qarşı çıxmaq bu millətin..." — AÇIQLAMA

GÜNDƏM 21 iyun 2024, 19:04
"Qohumla evlilik məsələsinin qanuna bağlanması  çox müzakirə olunur. Bu qanunun ayaq tutub yeriməsi üçün daha çox mənəviyyatla bağlılığı nəzərə alınmalı idi. Çünki bir çox ölkələrdə, xüsusən Yaponiya kimi dünyanın qabaqcıl ölkələrindən birində, qanunlar çıxdığı zaman xalqın inancına da diqqət yetirilir. Qanun xalqın inancına ziddirsə, o qanunu çıxarmırlar"

Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı  Ağa Hacıbəyli deyib.

Onun sözlərinə görə,  min illərdən gələn qohum evliliyi  bir sevgi üzərində qurulur:



"Qanun başqadır, sevgi başqa. Bir nəsildən gələn fərdlərin arasında əgər xəstəliklər məsələsi varsa, genetik xəstəliklərin baş qaldırması kimi halın baş vermə təhlükəsi varsa, bunun üçün laboratoriyalar var. Analizlər və təhlillər vasitəsi ilə həmin cütlüyə gələcəkdə bu kimi sıxıntılar ola biləcəyi ilə bağlı məlumat verilə bilər. Bununla da məsələni həll etmək olar. Amma yekun olaraq yaxın qohum evliliyinə qarşı çıxmaq bu millətin milli və mənəvi inacına qarşı yönəlmiş bir qanun ola bilər. Çünki min ildən gələn bir dəyəri qanunla belə dəyişmək doğru olmazdı. Hər halda ümid edirik ki, qanunlar çıxarılan zaman bunlara diqqət ediləcək”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top