Bakıda silahlı insidentlə bağlı daha bir nəfər həbs edildi

KRİMİNAL 21 iyun 2024, 17:41
Bakının Xəzər rayonunda silahlı insident nəticəsində bir nəfərin ölümü ilə bağlı daha bir şəxs məsuliyyətə cəlb edilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, həbs edilən Seymur Adil oğlu Xudaverdiyevdir. 

Qeyd edək ki, qətl hadisəsi ötən ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində baş verib. 53 yaşlı Abdullayev Cavanşir Ruhulla oğlu revolver markalı tapança ilə qətlə yetirilib. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Pərviz Xudaverdiyev və onun qohumu Seymur Xudaverdiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası iyulun 3-nə təyin edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top