Vətən müharibəsindən bəri mina qurbanlarının ümumi sayı AÇIQLANDI

SOSİAL 21 iyun 2024, 13:43
Mina təhlükəsi ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək vacibdir.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşımda qeyd olunub.

"Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir! Dünən və bu gün ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib.

Bu ölümcül təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək insan həyatının qorunması naminə həmişəkindən daha vacibdir", paylaşımda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top