Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır — Hikmət Hacıyev

XARİCİ SİYASƏT 21 iyun 2024, 11:18
Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.

O qeyd edib ki, Azərbaycan bu logistik strukturun inkişafına fəal şəkildə investisiya yatırmağa davam edir: “Hazırda dəhlizin Azərbaycan hissəsinin ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətində işlər aparılır. Şübhəsiz ki, bu, təkcə Azərbaycan və Rusiyanın deyil, bütün regionun xeyrinə olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top