“Tramp həbsdə olsa belə, namizədliyindən imtina etməyəcək” — Gəlini

DÜNYA 21 iyn 2024, 11:15
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Milli Konqresinə (RNC) günlər qalmış tarixi “sus payı” işi çərçivəsində həbs cəzasına məhkum edilə bilər. 

Demokrat.az xəbər verir ki, bununla belə, partiyanın həmsədri və keçmiş prezidentin gəlini Lara Tramp bu cəzanın Trampın partiyanın namizədliyini qəbul etməsinə mane olmayacağını deyib. 

Trampın namizədliyinin dəqiq olduğunu vurğulayan gəlini,  "Respublikaçılar Partiyası olaraq onu rəsmi prezidentliyə namizədimiz kimi göstərəcəyik. Harada olur-olsun bunu qəbul edəcək. Namizədimiz olaraq yoluna davam edəcək" ifadələrini istifadə edib.

Qeyd edək ki, keçən ay Tramp Nyu-Yorkda keçirilən “sus payı” məhkəməsində ona qarşı irəli sürülən 34 ittihamın hamısında münsiflər heyəti tərəfindən təqsirli bilinib. 

Bu qərar ilə Tramp ABŞ tarixində mühakimə olunan ilk keçmiş prezident edib. Lakin Tramp özünü təqsirli bilməyib.

Trampın hökmü ilə bağlı dinləmələr Milwaukeedə Respublikaçıların Milli Konvensiyasının başlamasına 4 gün qalmış iyulun 11-də keçiriləcək.

Əfsan Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyl 2024, 11:35
Top