“Keçən həftə sonu İsveçrənin Bürgenstok şəhərində dünyanın bütün hissələrinin - bütün qitələrin təmsil olunduğu Birinci Sülh Sammiti keçirildi. Biz ən dəhşətli şeylərdən birinin, yəni dünyanın əks düşərgələrə bölünməsini dəf edə bildik”.
Demokrat.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev öz məqaləsində bildirib.
Daha sonra səfir qeyd edib ki, beynəlxalq təşkilatların və Latın Amerikası, Afrika, Avropa, Yaxın Şərq və Asiya, Sakit okean regionu, Şimali Amerika dövlətlərinin nümayəndələri Ukraynanı dəstəkləmək üçün toplaşıblar:
“Cəmi yüz bir iştirakçı! Sülh Sammitində bütün qitələrdən nümayəndələrin iştirakı Rusiyaya açıq siqnal idi ki, qlobal dünya onun işğalçılıq müharibəsini dəstəkləmir.
Sammit beynəlxalq nizam qaydaları əsasında sülhün bərpası istiqamətində mühüm addım idi.
BMT Nizamnaməsinə, beynəlxalq hüquqa hörmətə və Ukrayna Xalqının ədalətli maraqlarına əsaslanan Ukrayna üçün hərtərəfli sülh.
Bu Sammitin uğurlarından biri də ondan ibarət idi ki, onun bütün iştirakçıları - bu, dünyanın əksər hissəsidir - Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini bir daha təsdiqlədilər.
Bundan əlavə, bu, heç şübhəsiz, tarixi hadisə Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasının - dövlətimiz üçün ədalətli və davamlı sülhü təmin edən yeganə səmərəli mexanizmin həyata keçirilməsinin mühüm praktiki tərkib hissəsi oldu.
Nəticədə, Sammitdən sonra BMT Nizamnaməsinin həyata keçirilməsinin səmərəli mexanizmini gələcək nəsillərə ötürmək niyyətlərimizi tam əks etdirən sülhün əsasları üzrə Birgə kommunike qəbul olundu. Bu sənəd beynəlxalq hüquqa hörmət edən hər kəsin riayət etməsi üçün açıq olaraq qalır və biz Sammitdə iştirak edə bilməyən bütün dostlarımızın və strateji tərəfdaşlarımızın bu kommünikeni dəstəkləyəcəyini gözləyirik.
Daha sonra milli təhlükəsizlik müşavirləri səviyyəsində diplomatik iş davam etdiriləcək. Onlar sülhün əsaslarına dair Birgə kommunikedə yer alan üç bənd üzrə addım-addım plan hazırlayacaqlar.
Bunlar: radiasiya və nüvə təhlükəsizliyi; ərzaq təhlükəsizliyi; həyatları müharibə ilə qırılan əsirlərin və deportasiya edilənlərin, böyüklərin və uşaqların, hərbçilərin və mülki şəxslərin azad edilməsidir.
Birinci Sülh Sammiti vacib idi, lakin ədalətli dünyanın bərpası üçün davam edən prosesdə yalnız ilk addım idi.
Beləliklə, sülh üçün fəaliyyət planları hazır olduqda, hər bir addım işlənib hazırlandıqda, ikinci Sülh Sammitinə, yəni, bu müharibənin sonuna aparan yol açıq olacaq.
Ümid edirik ki, Azərbaycan Respublikası müharibənin bütün dəhşətlərini yaşamış bir dövlət kimi bu cür addımların işlənib hazırlanmasına qoşulacaq və ikinci Sülh Sammitində iştirak edəcəkdir. Bu gün biz bu yola başlayırıq. Biz hamımız birlikdə sübut etməliyik ki, birləşmiş dünya düzgün hərəkət etməyi bilən dünyadır”.
Demokrat.az