Azərbaycanlı şahmatçı Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunun finalında ilk görüşünü keçirib.
Demokrat.az xəbər verir ki, çinli Liren Dinqlə baş tutan ilk görüş heç-heçə başa çatıb.
Teymur Rəcəbovun ağ fiqurlarla oynadığı ilk partiyada tərəflər sülh bağlayıb.
Qeyd edək ki, Dünya Kuboku oktyabrın 4-də yekunlaşacaq. (Oxu.az)