UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb

İDMAN 17 iyn 2024, 10:45
UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb.

"Report"un məlumatına görə, buna Almaniyada keçirilən Avropa çempionatının I turunda azarkeşlərin davranışları səbəb olub.

Fanatlar İtaliya ilə matçda meydana əşyalar atmaq, pirotexniki vasitələrdən istifadə etmək və təxribat xarakterli şüarlara görə ittiham olunarlar.

Qeyd edək ki, qarşılaşma İtaliyanın qələbəsi ilə bitib - 2:1. AVRO-2024 iyulun 14-də başa çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top