AVRO-2024: Sloveniya Danimarka ilə heç-heçə etdi — VİDEO (YENİLƏNİB)

İDMAN 16 iyn 2024, 21:59

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında qalib müəyyənləşməyib.

Oxu.Az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Danimarka millisindən 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib. Sloveniya komandasının bərabərlik qolunu 77-ci dəqiqədə Erik Yanja rəqib qapısından keçirib.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında İngiltərə və Serbiya milliləri üz-üzə gələcəklər.

xxx

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

Oxu.Az xəbər verir ki, C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlirlər.

Ştutqart şəhərindəki "MHP Arena" stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.


xxx

AÇ-2024 üzrə Danimarka - Sloveniya oyununda hesab açılıb. 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top