Şəhid ailələrinin ev növbəsi pozulur? — Nazirdən cavab

SOSİAL 14 iyun 2024, 12:19
Bu gün 15 min şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib. Növbədə təxminən 4 600 nəfər qalıb. Onlara da mənzil təqdim olunacaq.

Demokrat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında çıxışı zamanı deyib.

“Lakin kiminsə növbəsini pozaraq, qeyri-qanuni şəkildə ev təqdim edilməsi mümkünsüzdür. Hansı şəhid ailəsinə demək olar ki, sənin növbəni pozub, evi sənə verməyib başqasına veririk. Hər biri bizim üçün dəyərlidir, qanunvericiliyin müəyyən etdiyi qaydada növbəli şəkildə hamısına mənzil verilir. Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, - nazir əlavə edib.

Qeyd edək ki, deputat Razi Nurullayev parlamentin bugünkü iclasında yaşlı şəhid valideynlərinə mənzillərin tez verilməsi barədə çıxış edib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top