Avropa İttifaqı məhkəməsi Macarıstanı 200 milyon avro cərimələdi

DÜNYA 13 iyun 2024, 22:15
Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi Macarıstanı 200 milyon avro cərimələyib.

Demokrat.az
xəbər verir ki, bu barədə Avropa Ədalət Məhkəməsi qərar mətni dərc edib.

Mətndə, Macarıstanın Aİ qanunlarından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi hər gün üçün 1 milyon avro cərimə ödəməli olduğu bildirilib. 

Qərarda Macarıstanın Aİ-nin sığınacaq siyasətinə “qəsdən” məhəl qoymadığı vurğulanıb.

Həmçinin, bu vəziyyətin Aİ qanunvericiliyində görünməmiş və son dərəcə ciddi pozuntu olduğu qeyd edilib. 

Macarıstanın Baş naziri Viktor Orban məsələyə “X” hesabında etdiyi paylaşımla reaksiya verib.

Paylaşımda, sözügedən cərimənin "ədalətsiz və qəbuledilməz" olduğunu müdafiə edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top