Dünya

Daha bir ölkədə meymun çiçəyi virusu yayıldı

Daha bir ölkədə meymun çiçəyi virusu yayıldı

Cənubi Afrika Respublikasında ilk dəfə görülən meymun çiçəyi virusundan 2 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD) məlumat yayıb.

Məlumata görə, ölkənin Gauteng və KwaZulu-Natal əyalətlərində 6 nəfərdə virus aşkarlanıb.

Ölkədə ilk dəfə aşkarlanan xəstəlikdən 2 nəfərin öldüyü bildirilib.

Həmçinin, virusa yoluxanların 30-39 yaş arası kişilərdən ibarət olduğu qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova