COP29 Belçika və Aİ üçün böyük əhəmiyyət kəsb edir.
Bu barədə Trend-ə özəl müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Petersmans deyib.
"COP29 Belçika və bütövlükdə Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir. Hazırda iqlim dəyişikliyi və buna qarşı cavab tədbirləri ilə bağlı qlobal konsensus var. İqlimlə bağlı danışıqlarda qarşıya qoyulan üç qlobal məqsədə nail olmaq bütün səviyyələrdə əhəmiyyətli səylər tələb edəcək. Bu məqsədlərə aşağıdakılar daxildir: qlobal orta temperatur artımını 2°C-dən xeyli aşağı saxlamaq və qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq, iqtisadiyyatlarımızın və cəmiyyətlərimizin iqlim dəyişikliyinin təsirlərinə davamlı olmasını təmin etmək və karbon emissiyaları az olan ölkələrdə maliyyə axınını bu məqsədlərə uyğunlaşdırmaq”, - deyə səfir bildirib.
Petersmans qeyd edib ki, həm Avropa İttifaqı səviyyəsində, həm də Belçika dövləti səviyyəsində (xüsusən də Flandriyada, Valoniyada və Brüsseldə - paytaxt) karbon emissiyalarını azaltmaq və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədilə çoxlu sayda tədbirlər həyata keçirilir.
O, son illərdə COP-un iclaslarında dövlət və hökumət başçılarının iştirak etdiyini, əvvəlki sessiyalarda təxminən 150 yüksək səviyyəli siyasi liderin iştirak etdiyini vurğulayıb.
"Belçika COP29-da yüksək səviyyədə təmsil olunacaq. Rəsmi nümayəndə heyətinin tərkibinə siyasi liderlər və danışıqlar qrupu daxil olacaq" - deyə səfir vurğulayıb.
Petersmans həmçinin qeyd edib ki, Belçika şirkətləri Naxçıvanda günəş enerjisinin inkişafında iştirak etməkdə davam edirlər.
"2022-ci ilin noyabrında mənim Avropa İttifaqının digər missiya rəhbərləri ilə birlikdə Babək günəş elektrik stansiyasına baş çəkmək imkanım oldu. Bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq potensialı mövcuddur”, - deyə səfir bildirib.
Bundan əlavə, Petersmans digər sahələrdə də əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
"Belçika enerji keçidi ilə bağlı, eləcə də yaşıl hidrogen, aerokosmik, biofarmasevtika və bioelmlər, nəqliyyat və logistika, mikroelektronika kimi sənayelərin inkişafı sahələrində aparıcı mövqeləri tutur”, - deyə səfir vurğulayıb.
Petersmans əlavə edib ki, Belçikada şirkətlər, tədqiqat institutları, universitet xəstəxanaları, bioinkubatorlardan ibarət əsl biofarmasevtik ekosistem var. Onun sözlərinə görə, Belçikada 37-dən çox əczaçılıq istehsalı sahəsi, 23 əczaçılıq şirkətinin baş ofisi və ən azı 52 klinik sınaq mərkəzləri var.
Bundan əlavə, səfir bildirib ki, Belçikada bir sıra logistik strukturlar var, məsələn, Brüssel və Liege hava limanları, Antverpen-Brügge limanı və s.
"Digər tərəfdən, Belçikanın sənaye bazası əsasən qlobal bazarda fəaliyyət göstərən dinamik və innovativ kiçik və orta müəssisələrdən ibarətdir”, - deyə səfir bildirib.
Petersmans Azərbaycanın Brüsseldəki səfirliyinin də çox fəal olduğunu vurğulayıb. Bu yaxınlarda Azərbaycanın Brüsseldəki səfirliyi AZPROMO (Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) və Belçika xarici ticarətin təşviqi agentlikləri ilə əməkdaşlıq çərçivəsində yüzə yaxın Belçika şirkətinin iştirak etdiyi məlumat sessiyası təşkil etmişdir.
"Belçika regionlarının Azərbaycan üzrə ticarət nümayəndələri İstanbulda yerləşir, lakin ikitərəfli əlaqələr üçün müntəzəm olaraq Azərbaycana səfər edirlər”, - deyə səfir əlavə edib.
Petersmans qeyd edib ki, Belçika Cənub Qaz Dəhlizinin imkanlarının artırılması ilə bağlı müzakirələri izləyir.
"Hazırda Belçika Azərbaycandan böyük həcmdə neft və ya qaz idxal etmir. Belçika hökumətinin siyasəti ilk növbədə enerji səmərəliliyinin artırılmasına və bərpa olunan enerji mənbələrinin, o cümlədən Şimal dənizində külək stansiyalarının inkişafına yönəlib. Biz, əlbəttə ki, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin artırılması ilə bağlı müzakirələri çox diqqətlə izləyirik. Bundan başqa, Belçika şirkəti TAP-ın (Trans-Adriatik Boru Kəməri) sahibi olan konsorsiumun səhmlərinin 20 faizinə sahibdir”, - deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, 2024-cü il iyunun 5-6-da baş tutan Bakı Enerji Forumu Xəzər dənizindən Avropaya qaz nəqlinin təşviqinə yönəlmiş müxtəlif təşəbbüslərin həyata keçirilməsi perspektivlərini aydınlaşdırmaq imkanı verib.
"Belçika 2022-ci ilin iyulunda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun qəbulunu dəstəklədi. Bu sənəd böyük siyasi əhəmiyyət kəsb edir”, - deyə Petersmans əlavə edib.
Səfir qeyd edib ki, Orta Dəhlizin inkişafı beynəlxalq marşrutların şaxələndirilməsinə töhfə verir.
Petersmans bildirib ki, Orta Dəhliz həm də Qafqaz və Mərkəzi Asiya ölkələrinə daha çox sərmayə cəlb etməyə və buna görə də coğrafi və geosiyasi mövqelərindən istifadə edərək iş yerləri yaratmağa imkan verir.
Səfir onu da əlavə edib ki, Belçika özü Avropa İttifaqının mərkəzində kommunikasiya qovşağıdır və yüksək inkişaf etmiş nəqliyyat və logistika şəbəkəsinə, o cümlədən Antverpen və Zebrugge limanlarına malikdir.
Azərbaycan və Ermənistan arasında sülh danışıqları mövzusuna toxunan Petersmans vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə sadiq qalaraq, bütün dövlətlər "gələcək nəsilləri müharibədən xilas edərək” mehriban qonşuluq ruhunda yaşamağa söz verib.
Onun sözlərinə görə, Qafqazda sabitliyin bərqərar olması ilk növbədə təkcə silahlı münaqişələrlə bağlı gələcək itkilərin qarşısını almaq üçün deyil, həm də bütövlükdə regionun iqtisadi inkişafına təkan vermək məqsədilə regionun maraqlarına cavab verir.
Səfir qeyd edib ki, Azərbaycana nəqliyyat, enerji keçidi və iqtisadiyyatın şaxələndirilməsi sahələrində layihələrə daha çox investor cəlb etmək üçün regionda sabitlik olmalıdır.