Sahibə Qafarova Belarusa getdi — FOTOLAR

XARİCİ SİYASƏT 10 iyn 2024, 10:28
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 9-da Belarus Respublikasının Minsk şəhərinə rəsmi səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a verilən xəbərə görə, Minsk Milli Hava Limanında Milli Məclisin sədrini Belarus parlamenti Respublika Şurasının sədri Natalya Koçanova, Beynəlxalq münasibətlər və milli təhlükəsizlik daimi komissiyasının sədri Sergey Sivets, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan parlamentinin Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, deputatlar Ağalar Vəliyev, Arzu Nağıyev və digər rəsmi şəxslər daxildirlər.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top