Azərbaycan güləşçisi Macarıstanda reytinq turnirində çempion olub

İDMAN 09 iyn 2024, 19:45

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində sonuncu - 3-cü turda braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.

Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

E.Əzizli maksimum nəticəylə reytinq turnirində çempion olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top