Pərviz Şahbazov GECF-in baş katibi ilə görüşdü

SƏNAYE VƏ ENERGETİKA 06 iyn 2024, 14:48
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə nazirin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“Biz GECF-nin baş katibi Mohamed Hamel ilə qlobal qaz sənayesindəki tendensiyalar və Forumla əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Baş katib BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməkdə Azərbaycana dəstəyini ifadə edib və GECF pavilyonunu təşkil etmək niyyətindən danışıb”, - paylaşımda qeydilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top