Orta Dəhliz Yaxın Şərqdəki sabitliyin təminatçısıdır

İNFRASTRUKTUR 06 iyn 2024, 14:40
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Yaxın Şərqdəki sabitliyin təminatçısıdır.

Demokrat.az xəbər verir ki, bunu “Atlantic Council" Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunun II günündə "Neft axınları: Kross-loqistika və Azərbaycanda infrastrukturun inkişafı" mövzusunda plenar müzakirələrdə deyib.

O bildirib ki, Orta Dəhliz həqiqətən də böyük imkanlara malikdir: "Azərbaycanın dünyaya verdiyi imkanları maksimum dərəcədə artırmaq üçün məsələlərə Transxəzər obyektivindən baxmaq lazımdır. Orta Dəhlizin mərkəzi kimi Azərbaycanın əhəmiyyətini vurğulamaq vacibdir. Hesab edirəm ki, bu, Azərbaycanın rəhbərliyi, ölkənin resursları olmadan baş tutmayacaq".

Vaşinqtondakı Xəzər Siyasəti İnstitutu 2030-cu ilə qədər Orta Dəhliz üzrə ticarətin həcmini 11 milyon ton artırmaq potensialına malik olduğunu bildirib. "Biz bunu təşviq etməli və bu reallığı qəbul etməliyik. Azərbaycanın COP29-a sədrliyi Orta Dəhlizin uğur qazanması üçün imkanlar yaradır, bu istiqamətdə yeni texnologiyaların və yeni yolların araşdırılmasını önə çıxarır", - L. Derentz vurğulayıb.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top