Vurduğu qolu dayısına həsr etdi — FOTO

İDMAN 06 iyn 2024, 09:30
Lüksemburq yığması ilə yoldaşlıq görüşündə Fransa yığmasının hücumçusu Kilian Mbappe 83-cü dəqiqədə qol vurub. “Real”ın hücumçusu qolunu mərhum dayısı Aleksə həsr edib.

Demokrat.az xəbər verir ki, Mbappe həmin anın fotolarını instaqram hesabında paylaşıb.

Qeyd edək ki, Fransa - Lüksemburq oyunu fransızların 3:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, iyunun 3-ü “Real Madrid” Kilian Mbappe ilə müqavilə imzaladığını elan edib. Futbolçunun “Real”la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe əvvəllər PSJ-də çıxış edib. Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top