Hizbullah hücuma keçdi — Yaralılar var

DÜNYA 03 iyn 2024, 00:10

Hizbullah silahlı birləşmələri İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrinə raket zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, onlar İsrailin şimalındakı sərhəd bölgələrinə azı 50 mərmi atıb:

“Zərbələr Kiryat Şmona, Marqaliot və Metula şəhərlərində qeydə alınıb. İki israilli qəlpələrdən yaralanıb”.

Qeyd edək ki, daha əvvəl Livanın cənubundan atılan 4 kamikadze PUA-sı İsrailin Dəmir Qübbə müdafiə sistemi tərəfindən məhv edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top