Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyunda məğlub olub

İDMAN 02 iyun 2024, 20:16

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son oyununu keçirib.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Bakıda Avstriya ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşən qarşılaşma komandamızın məğlubiyyəti ilə bitib - 2:3 (25:22, 25:19, 23:25, 16:25, 8:15).

Qeyd edək ki, yığma əvvəlki beş oyunda iki qələbə qazanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top