EFES-2024 təlimi başa çatdı

REGİON 31 may 2024, 19:59
Türkiyədə keçirilən EFES-2024 təliminin “Kompüter Dəstəkli Komanda Qərargahı” və “Faktiki Atış Sahəsi Mərhələsi” uğurla başa çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Bildirilib ki, 25 aprel-8 may tarixlərində “Kompüter Dəstəyili Komanda Qərargahı” və 9-30 May tarixlərində “Faktiki Atış Sahəsi mərhələsi” olmaqla iki mərhələdə həyata keçirilən EFES-2024 təlimi başa çatıb. 

Sözügedən təlim Qərbi Anadolu, Orta Egey, İzmir Körfəzi və Doğanbəy bölgələrində həyata keçirilib. 

Təlimdə 45 ölkədən müşahidəçilər, qoşunlar və elementlər də daxil olmaqla 11 minə yaxın şəxsi heyət iştirak edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top