Jak Şirak vəfat etdi

HADİSƏ 26 sen 2019, 15:35

Fransanın sabiq prezidenti Jak Şirak 87 yaşında vəfat edib. 


Demokrat.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.


Qeyd edək ki, J.Şirak 1995-2007-ci illərdə Fransanın prezidenti olub. 


Xatırladaq ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Jak Şirak Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top