Gürcüstan parlamentinin sədri: Azərbaycanla regional sülhün təmin edilməsində sıx əməkdaşlıq edirik

XARİCİ SİYASƏT 28 may 2024, 21:35

"Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq sadəcə ikitərəfli əlaqələr deyil. Biz regional sülh və rifahın təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik".

Demokrat.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.

"Gürcüstanla Azərbaycan regional sülh və rifahın təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edir. Yalnız bu yolla biz ölkələrimizin inkişafını uğurla davam etdirə və regionun potensialından tam istifadə edə bilərik. Yalnız bu yolla biz Avropa ilə Asiya arasında möhkəm körpü qura və onun faydalarından tam istifadə etmək mümkündür", - Ş.Papuaşvili deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top