Qayda pozuntusuna görə yazılmış protokol səhvən başqa sürücüyə göndərildi — FOTO

HADİSƏ 28 may 2024, 15:29
Texniki vasitə tərəfindən aşkar edilən qayda pozuntusuna görə yazılmış protokol səhvən başqa avtomobil sürücüsünə göndərilib.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi paylaşım edib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev isə məsələ ilə bağlı sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, sözügedən şərh araşdırılıb və məsələ ilə bağlı Mərkəzi İnformasiya Sistemində müvafiq düzəlişlər aparılıb.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top