Sultan Raev İlham Əliyevə təbrik məktubu ünvanladı

GÜNDƏM 28 may 2024, 15:00
TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, təşkilata üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik və ardıcıl siyasəti nəticəsində Azərbaycan Respublikası bütün əraziləri üzərində tam hüquqi nəzarəti bərpa edərək regionda sülhün və əmin-amanlığın təminatçısına çevrilmişdir.

TÜRKSOY ortaq türk mədəniyyətinin inkişafına yönəlik beynəlxalq fəaliyyətində Sizin dəstəyinizi daim hiss edir, Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələri yüksək qiymətləndirir.

Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-a göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram.

Ən dərin hörmət və ehtiramla”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top