Rusiya Ukraynanın bir hissəsini ələ keçirdi

REGİON 22 may 2024, 19:11
Ukraynanın Donetsk vilayətindəki Klaşçeyevka qəsəbəsi Rusiya ordusunun nəzarətinə keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Ukraynada hərbi əməliyyatlarını davam etdirir:

“Son əməliyyatlarda Cənub Hərbi Qrupunun bölmələri Donetsk Xalq Respublikasının Klaşçeyevka (Klişeyevka) qəsəbəsini azad edib. Ukrayna ordusuna aid 2 sursat anbarı məhv edilib, 34 pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”.

Bundan əlavə, bəyanatda qeyd olunub: 

“Hərbi əməliyyat başlayandan indiyədək 601 təyyarə, 274 helikopter, 24 min 498 PUA, 523 hava hücumundan müdafiə raket sistemi, 16 min 121 tank və zirehli texnika, 1307 çoxbarelli reaktiv yaylım atəşi sistemi və 21 min 915 xüsusi hərbi avtomobil məhv edilib”.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top