Deputat: “COP29 gəncləri bir araya toplayacaq”

COP29 22 may 2024, 18:16
"İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu çox önəmlidir. Gənclər dövlətin, xalqın gələcəyi deməkdir. Onların bütün sahələrdə mariflənməsi çox önəmlidir". 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

O bildirib ki, COP29-a hazırlıq çərçivəsində və tədbir keçirilən zaman gənclərin çox böyük rolu olacaq:

"Könüllü gənclər bir çox işlərə cəlb olunacaq, təcrübə toplayacaqlar.  COP29 dünyada olduqca əhəmiyyətli konfrans hesab olunur. Burada təbiətin, yaşıllıqların qorunması, yaşlı enerji kimi mövzular müzakirə edilir. Tədbirdə həm də gənclər arasında beynəlxalq miqyasda birgə təşəbbüslər və əməkdaşlıqlar müzakirə olunacaq. Artıq COP29  üçün Azərbaycan üzrə Gənclər İqlim Çempionu da təyin edib. Bu onu demək əsas verir ki, hər bir dövlət gənclərin dəyərlərlə tərbiyə olunması, qlobal məsələlərdə aktivliyinin artırılmasında maraqlıdır. 

Gənclər COP29 barədə daha çox məlumatlandırılmalıdırlar. Bunun üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bugünkü gənclərə gələcəyimiz deyiriksə hər  birimiz çalışdığımız sahədə onların inkişafına töhfələrimizi verməliyik”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top