Yaxın gələcəkdə bu ixtisas sahiblərinə ehtiyac artacaq

SOSİAL 22 may 2024, 17:38
ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsində iki bakalavr və bir magistr proqramına başlanılacaq. Fakültənin dekanı, İtaliyanın Bolonya Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Departamentinin Kənd Təsərrüfatı İqtisadiyyatı və Siyasəti professoru Matteo Vittuari bildirib ki, bakalavr pilləsi kənd təsərrüfatı və qida texnologiyaları, magistratura pilləsi isə kənd təsərrüfatı və qida sisteminin idarə edilməsi üzrə olacaq.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında qeyd edib ki, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələri günümüzdə bütün dünyada qlobal istiqamətlərdir:

"Dünyada qida təhlükəsizliyi və qida çatışmazlığı problemi var. Gələcəkdə əhalinin ərzaqla təmin olunması üçün də kənd təsərrüfatı mütəxəssislərinə ehtiyac var. Bir neçə ildən sonra bu sahələrdə mütəxəssislərə ehtiyac artacaq. Yaxşı olar ki, bakalavrlar bu istiqamətlərə üstünlük versinlər.

Hazırda Azərbaycanda hər iki istiqamət üzrə bəzi universitetlərdə tədris həyata keçirilir. Düşünürəm ki, ADA-da da bu ixtisasların tədrisi maraqlanan tələbələrə geniş imkanlar açacaq". 


Törə Zeynallı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top