Qubada 2 nəfər intihar etdi

HADİSƏ 22 may 2024, 12:49
Quba rayonunda iki nəfər intihar edib.

Demokrat.az xəbər verir ki, rayonun Səbətlər kəndində yaşayan 1980-ci il təvəllüdlü Məmmədov Qoşqar Böyükoğa oğlu evinin giriş hissəsində özünü asaraq intihar edib.

Oxşar hadisə rayonun Atuc kəndində baş verib. 1983-cü il təvəllüdlü İsmət Sultanov evinin həyətindəki tövlədə özünü asaraq həyatına son qoyub.

Hər iki hadisə ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top